EN

İranın keçmiş vitse-prezidentinə HƏBS CƏZASI

İranda keçmiş vitse-prezident İshaq Cahangiri “böhtan və təhqir” ittihamı ilə 12 ay həbs cəzasına məhkum edilib.Gununsesi.info xəbər verir ki, İranın yarı-rəsmi “Fars” agentliyinin məlumatına görə, məhkəmə əvvəlki hökumət dövründə iki müddət birinci vitse-prezident vəzifəsində çalışmış Cahangirini “böhtan atmaq və yalan məlumat yaymaq” ittihamı ilə müvafiq olaraq 4 və 8 ay həbs cəzasına məhkum edib.Məhkəmə Cahangirinin “həssas məsuliyyətlərini” əsas gətirərək həbs cəzasını 44 milyon tümən (təxminən 900 dollar) cərimə ilə əvəzləyib.Keçmiş prezident Həsən Ruhaninin dövründə birinci vitse-prezident vəzifəsində çalışmış İshaq Cahangiri 2017-ci il prezident seçkiləri kampaniyası zamanı o vaxt Tehranın meri olub və prezidentliyə namizədliyini açıqlayan Məhəmməd Baqir Qalibafı “dövlət əmlakını mənimsəməkdə və qanunsuz olaraq ələ keçirməkdə” ittiham edib.Gununsesi.info

Chosen
53
gununsesi.info

1Sources