EN

Millimiz Ermənistana qalib gəldi

Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolçuları Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında ilk oyununu keçiriblər.

Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yığma Ermənistan təmsilçiləri ilə qarşılaşıb. Heydər Məmmədli ilə Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşdə Ukrayna voleybolçuları ilə üz-üzə gələcək.


Chosen
67
sportnet.az

1Sources