“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlara başlayır.Gununsesi.info xəbər verir ki, aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu noyabrın 19-u saat 00:15-də həyata keçirəcək.“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəl aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında göstərilib. Gununsesi.info