EN

Tərtərdə qətl törətməkdə şübhəli bilinən qazi saxlanılıb

Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Chosen
53
43
senzor.az

10Sources