EN

Metroda sərnişin qatarın altına düşüb öldü

Metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Korrespondent.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin qatar yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib: “Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb”.

Chosen
115
1
korrespondent.az

10Sources