EN

Debütant ilk oyunda "Naxçıvan"la üz-üzə

Azərbaycan Basketbol Liqasında debüt edəcək “Lənkəran”ın ilk oyununun vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, komanda mövsümə hazırlıq çərçivəsində “siftəsini” “Naxçıvan”a qarşı edəcək. Yoxlama matçı oktyabrın 9-da, saat 11:30-da AZMİU-nun idman zalında keçiriləcək.

Cənublular 1 gün sonra “Sərhədçi” İdman Kompleksində “Sərhədçi”nin qonağı olacaq. Oyun saat 12.30-da başlayacaq.

Qeyd edək ki, “Lənkəran” mövsümdə ilk rəsmi oyununu oktyabrın 19-da evdə “Gəncə”yə qarşı keçirəcək.

Chosen
59
3
football-plus.az

4Sources