EN

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib - Vətən Naminə

">

VETENNAMİNE.AZ saytının Samux rayonu üzrə müxbiri xəbər verir ki, Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan VETENNAMİNE.AZ -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Günay Atayeva

Vətən Naminə Mətbuat Xidməti

Chosen
112
49
vetennamine.az

10Sources