EN

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi münasibətilə klassik konsert gecəsi təşkil edilib (FOTO)

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Tavriya sarayınınGünbəzli zalında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmlidövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsrolunmuş qala-konsert keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporlaİş üzrə Dövlət Komitəsinin dəstəyi, AzərbaycanınSankt-Peterburqdakı Baş konsulluğunun və Tavriya sarayıadministrasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, MədəniyyətNazirliyinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun,Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, TürkiyəninSankt-Peterburqdakı Baş konsulluğunun, Azərbaycan diasporunun,yerli dövlət orqanlarının və ictimaiyyətin təmsilçiləri iştirakediblər.

Konsert zamanı Azərbaycanın Xalq artisti, tanınmış dirijorYalçın Adıgözəlovun idarə etdiyi Leninqrad vilayətinin DövlətSimfonik Orkestrinin ifasında Azərbaycan, rus və xaricibəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı təqdimolunub. Əsərləri Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova,Regina Rüstəmova, Mariinsk Teatrının solistləri Məhərrəm Hüseynovvə Həmid Abdulov ifa ediblər.

Konsert böyük maraqla və alqışlarla qarşılanıb.

Sankt-Peterburqda
Sankt-Peterburqda
Sankt-Peterburqda
Sankt-Peterburqda
Sankt-Peterburqda
Sankt-Peterburqda
Sankt-Peterburqda
Sankt-Peterburqda
Chosen
142
9
az.trend.az

7Sources