EN

SOCAR nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib (FOTO)

Bakı. Trend:

13-17 noyabr 2023-ci il tarixlərində Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Çin XalqRespublikasına səfər edib.

Trend xəbər verir ki, nümayəndə heyəti ilk öncə Çin NeftUniversitetinin Tarix Muzeyi və laboratoriyası ilə tanış olub.

Çin Neft Universitetinin rektoru professor Vu Siaolin vəuniversitetin pedaqoji heyəti ilə keçirilən görüşdə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin və Çin XalqRespublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində bu günölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslananmünasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsilsahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, müasirdövrdə ölkələrimiz arasında yüksələn xətt üzrə inkişaf edənmünasibətlərimizin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindənqoyulduğunu qeyd edən nümayəndə heyəti 2023-cü ilin ölkəmizdə“Heydər Əliyev İli” elan olunduğunu bildirib və bu münasibətlə ilərzində SOCAR tərəfindən müxtəlif sahələrdə keçirilən silsilətədbirlər haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, Bakı Ali Neft Məktəbi (BANM) və Çin Neft Universitetiarasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləribarədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji vəsüni intellekt sahələrində birgə fəaliyyətə böyük dəyər verildiyiqeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-da təşkil edilən təcrübəmübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqlarıtəcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib.

Görüşün sonunda BANM ilə Çin Neft Universiteti arasında birgətədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, tədris və elmimaterialların mübadiləsi, elmi forum və konfransların təşkilininəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləniniki universitet arasında gələcək əməkdaşlığın dərinləşməsinə töhfəverəcəyi xüsusilə qeyd edilib.

Daha sonra, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyimünasibətilə Çin Neft Universitetində təşkil olunan, Ulu Öndərinölkəmizin neft-qaz sənayesinin inkişafına göstərdiyi yüksək diqqətiəks etdirən nadir fotoların da yer aldığı sərginin açılış mərasimikeçirilib. Sərginin açılışında Ulu Öndər Heydər Əliyevin uzaqgörənvə müdrik siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə davamlıinkişafı üçün sağlam təməllərin qoyulduğu qeyd edilib. ÜmummilliLider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasınınölkəmizin hərtərəfli inkişafında mühüm rolundan, Ulu ÖndərinAzərbaycan neftçilərinə göstərdiyi qayğıdan bəhs olunub. AçılışdaÇin Xalq Respublikasında təşkil olunan sərginin dost Çin xalqınınAzərbaycanın Ümummilli Liderinə olan sonsuz hörmətinin bariznümunəsi olduğu diqqətə çatdırılıb. Ulu Öndər kimi dahi şəxsiyyətəhəsr olunan sərginin universitətdə təşkilinin təhsil ocağı üçünvacibliyi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti, eləcə də “Huawei”şirkətinin Pekin Sərgi Mərkəzi ilə tanış olub və şirkətin rəhbərheyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə “Huawei”Akademiyasının dəstəyi ilə BANM-də yaradılacaq kompüter şəbəkəlaboratoriyasının əhəmiyyəti vurğulanıb, müasir avadanlıqla təchizedilən laboratoriyanın gələcək fəaliyyəti müzakirə edilib.

Görüşdə, həmçinin Çinin aparıcı informasiya texnologiyalarışirkəti olan “Huawei” ilə 2019-cu ildən faydalı əməkdaşlığın həyatakeçirildiyi bildirilib. Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilkdəfə SOCAR-ın Bakı Ali Neft Məktəbində müəllim və tələbələr üçüninformasiya texnologiyaları sahəsində müxtəlif modulların onlayntədrisinə xidmət edəcək “Huawei IT Akademiyası”nın fəaliyyətəbaşlaması, həmçinin kompüter şəbəkələri laboratoriyasınınqurulmasına verdikləri dəstəyə görə "Huawei" şirkətininrəhbərliyinə təşəkkür edilib, gələcəkdə əməkdaşlığın daha dainkişaf edəcəyinə əminlik vurğulanıb.

SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
Chosen
524
8
az.trend.az

7Sources