İsrail Qəzza zolağında müharibənin daha sərt mərhələsinə keçir.
Modern.az xəbər verir ki, bunu "The Wall Street Journal" yazıb.
WSJ-nin məlumatına görə, İsrail hərbi kampaniyasının diqqətini Qəzza zolağının cənubuna köçürür.
"Burada İsrail HƏMAS-ı məğlub etmək və dərinləşən humanitar böhran şəraitində girovları geri qaytarmaq məqsədi daşıyan 6 həftəlik müharibənin ən çətin mərhələsi ilə üzləşir", - deyə nəşr yazıb.
İsrail əsgərləri Qəzzanın şimal hissəsinə nəzarəti ələ keçirməyə böyük ölçüdə müvəffəq olub. İsrailin yüksək rütbəli zabitləri və analitiklərinin fikrincə, onlar HƏMAS-ın hərbi imkanlarını yalnız qismən məhv ediblər və onun bir çox yüksək səviyyəli liderlərini ələ keçirməyiblər.