EN

Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib

Azərbaycanın

 

Bakı, 8 oktyabr, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyası Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında keçirilmiş mundialdan sonra dünya reytinq cədvəlini yeniləyib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində də dəyişiklik olub.

+100 kiloqramda çıxış edən Kənan Nəsibov öz çəki dərəcəsi üzrə ilk sıraya yüksəlib. Onun aktivində 800 xal var.

Nizami İmranov (60 kiloqram) 3-cü, Vüsal Qələndərzadə (73 kiloqram) 2-ci pilləyə geriləyibsə, Süleyman Şükürov (81 kiloqram) 2-ci, Əjdər Bağırov (100 kiloqram) isə 8-ci yerə qalxıb.

Qeyd edək ki, Azərbaycanın fərdi yarışlarda 13 cüdoçu ilə təmsil olunduğu dünya çempionatında K.Nəsibov gümüş, S.Şükürov və Ə.Bağırov bürünc medal qazanıb.

 

Chosen
82
1
azertag.az

2Sources