EN

Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.Gununsesi.info BELTA-ya istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.Xatırladaq ki, 2022-ci ilin noyabrında KTMT-nin İrəvanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib.KTMT-nin o zamankı baş katibi Stanislav Zas bildirib ki, sənəd ümumilikdə razılaşdırılıb, lakin bir sıra məqamlar üzrə qərar layihəsi yekunlaşdırılmalı idi.Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı.Gununsesi.info

Chosen
46
50
gununsesi.info

10Sources