EN

Finlandiya Rusiyanı qeyri-qanuni miqrantları sərhədi keçməyə məcbur etməkdə ittiham edir

Finlandiya Rusiyanı bu ölkəyə qeyri-qanuni mühacirləri zorla göndərməkdə ittiham edib.Finlandiyanın cənub-şərq sərhəd zastavasının rəisi Jouko Kinnuen yerli mətbuata açıqlamasında bildirib ki, Rusiya hakimiyyəti fəal və sistemli şəkildə sərhəd bölgəsinə qeyri-qanuni mühacirləri gətirir və onları Finlandiyaya keçməyə məcbur edir.Rus səlahiyyətlilərin sərhəd qapılarını açaraq insanları Finlandiya tərəfinə itələdiyini, daha sonra isə sərhəd qapılarını bağladığını, bu insanların geri qayıtmasını qeyri-mümkün etdiyini ifadə edən Kinnunen, bir çox mühacirin öz iradələri olmadan Finlandiyaya keçmək məcburiyyətində qaldıqlarını bildirib.Finlandiya noyabrın 16-da sərhəd bölgəsinə qeyri-qanuni immiqrantları gətirdiklərini əsas gətirərək Rusiya ilə dörd sərhəd qapısını bağlayacağını açıqlayıb. Bunun üzərinə minlərlə immiqrant sərhəd bölgəsində gözləməyə başlayıb.

Chosen
81
50
afn.az

10Sources