EN

İsrail Ordusu: Qəzzadan Aşkelon istiqamətində iki raket atılıb

İsrail Ordusu Qəzza zolağının şimalından ölkənin cənubundakı Aşkelon şəhərinə doğru iki raket atıldığını aşkar edib.

Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Hər iki raket yaşayış olmayan əraziyə düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bundan əvvəl ordunun mətbuat xidməti Aşkelonda hava hücumu xəbərdarlığı barədə məlumat vermişdi.

"Cebheinfo.az"

Chosen
171
3
cebheinfo.az

4Sources