EN

İsrailin Livanın şimalında hava hücumu nəticəsində 18 nəfər ölüb

Livanın şimalındakı Xristian bölgəsində Zqorta və Ehden şəhərləri arasında magistral yolda yerləşən Eito kəndində yaşayış binasına İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində azı 18 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin X-də dərc etdiyi hesabatda deyilir.

Məlumata görə, daha dörd livanlı yaralanıb.

Chosen
177
19
operativmedia.az

10Sources