Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib.
Â
Senzor.az bildirir ki, bu barədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.
Â
O bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən razılaşdırılmış görüşdən son anda imtina edib.
Â
Arutyunyanın sözlərinə görə, İrəvana qayıtdıqdan sonra Simonyan səbəblərlə bağlı əlavə izahatlar verəcək.