EN

Hacıqabulda yol qəzasında ölənlərin sayı ikiyə çatıb

Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.Gununsesi.info-nun məlumatına görə, xəsarət alan 3 nəfərdən biri – Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.Qeyd edək ki, avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.Gununsesi.info

Chosen
104
gununsesi.info

1Sources