EN

Mərkəzi Nəbatat Bağında təmir-yenidənqurma işləri başa çatmaq üzrədir (FOTO)

Bakı. Trend:

Sahəsi 46 hektar olan Mərkəzi Nəbatat Bağında Prezident İlhamƏliyevin Sərəncamı ilə ötən ildən əsaslı təmir-yenidənqurmaişlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, 1937-ci ildə bağda tikilmiş inzibati bina əsaslı təmiredilib, parkın ərazisində yerləşən Botanika İnstitutunun inzibatibinası isə sökülərək yenidən inşa olunub. Parkda göl kompleksi,dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib,isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub.Yerdən 3 metr hündürlükdə əlillər üçün müəssər körpü və hər ikigiriş qapısını birləşdirən piyada yolu salınıb.

Hazırda parkdakı işlər başa çatmaq üzrədir. İşlərin qısamüddətdə, keyfiyyətlə yekunlaşdırılması məqsədilə əlavə işçiqüvvəsi cəlb edilib, yaşıllıq işlərinin aparılması təcrübəlilandşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən nəzarətdəsaxlanılır. Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi ayınsonunda nəzərdə tutulub.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Chosen
109
30
az.trend.az

10Sources