EN

Avropa Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışda

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində “Budyo-Qlimt” (Norveç) ilə səfər oyununun biletləri satışa çıxarılıb.

Sportnet.az Norveç klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Chosen
8
25
sportnet.az

10Sources