EN

Füzulidə reqata iştirakçılarının rəsmi paradı olub

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də beynəlxalq reqatada iştirak edəcək komandaların rəsmi paradı olub. SİA xəbər verir ki, parada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı qatılıb.

Yarış iştirakçıları turnirinin keçirildiyi əraziyə qədər yürüş ediblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.

Chosen
11
2
sia.az

3Sources