EN

"Liverpul"un müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib

İngilətərənin \"Liverpul\" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi \"Real\"a keçmək qərarına gəlib.

İngiltərə millisnin üzvü gələn yay \"Real\"a qoşulmağı planlaşdırsa da klub onun keçidini bu qış reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilə qədər \"Liverpul\"la müqaviləsi olan futbolçu məhz bu klubun yetirməsidir. 25 yaşlı müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. Məşhur \"Transfermarkt\" portalı oyunçunu 70 milyon avro dəyərində qiymətləndirir.
 
///report
Chosen
14
13
azxeber.com

10Sources