EN

"Mingəçevir reqatası-2024”də son gün

Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, "Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 11 medala (3 qızıl, 3 gümüş, 5 bürünc) əldə ediblər.

Qeyd edək ki, yarışa Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Aytac Sahəd
İdman.biz

Chosen
19
9
idman.biz

10Sources