“Nizami-28 May” tunel yolu mənzilində tüstüləmə olub.
Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verilib. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb.
***
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tüstüləmənin mənbəyi bilinib və 25 dəqiqədən sonra stansiyada hərəkət bərpa olunub.