EN

Havay adalarında qırıcı təyyarə uçuş-enmə zolağından çıxdı - 9 nəfər xəsarət aldı

ABŞ-ın Havaydakı hərbi bazasında döyüş təyyarəsinin uçuş zolağından çıxaraq yaxınlıqdakı buxtaya çırpılması nəticəsində 9 nəfər yaralanıb.Honolulu Yanğın Departamentinin sözçüsü Malcolm K. Medrano, yerli vaxtla saat 14:00 radələrində Havaydakı dəniz bazasında hərbi təyyarənin Kaneohe körfəzinə düşdüyü barədə xəbər aldıqlarını açıqlayıb.Hərbi rəsmilər qeyd ediblər ki, P-8A qırıcı təyyarəsinin Havaydakı dəniz bazasındakı uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil.Sahil Təhlükəsizlik Komandanlığı təyyarədə yaralanan 9 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb.Bölgədəki hava şəraiti ilə əlaqədar görmənin azaldığı bildirilir.

Chosen
195
1
afn.az

5Sources