“Azərbaycanda güclü zəlzələnin olacağını demək üçün gərək ki, əlində faktın olsun. Azərbaycan ərazisi seysmoloji xəritə ilə ayrı-ayrı hissələrə bölünüb. Ancaq zəlzələni əvvəldən proqnozlaşdırmaq olmur. Ola bilər indi də zəlzələ baş versin, yaxud da 10 ildən sonra olsun. Zəlzələnin qabaqcadan harda və necə olacağını bilmək mümkün deyil. Bunu mümkün kimi təqdim etmək düzgün deyil”.
Bu sözləri Ednews-a seysmoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, ümumilikdə Azərbaycan seysmoloji zonada yerləşir:
“Azərbaycan dünyanın üç nəhəng dağ əmələ gəlmə adı ilə, seymoloji zonası ilə məşhur olan zonalarından biridir. Buna deyirlər Alp-Himalay dağ əmələgəlmə qurşağı. Bu başlayır Fransanın şimalında və bəzi hissəsi İngiltərəyə gəlir çıxır, ordan da İndoneziyaya. Sonra keçir Qafqaz dağına və dənizin altına. Biz bunun bir hissəsiyik. Bu zonada yerləşən ölkələrdə daim olaraq olaraq zəlzələlər, seysmik hadisələr, qalxmalar baş verir”.
Ekspert qeyd etdi ki, Azərbaycan ərazisində ayr-ayrı bölgələr var ki, bu bölgələrdə zəlzələləri seysmik zonalara bölmüşük:
“Bu seysmik zonanın ən qorxulusu Azərbaycan ərazisində olan Böyük Qafqazın cənub yamaclarından başlayır. Bu da Şəkinin ətəyinə çatmamış başlayır Şamaxıya kimi uzanır, burdan da burulur Quba, Xaçmaz zonasına. Buralar ən güclü zəlzələ baş verəcək zonalardır ki, 8-9 balla qiymətləndirilir”, - deyə seysmoloq bildirdi. Onu da deyim ki, zəlzələ istənilən vaxtda Azərbaycanda ola bilər. Zəlzələnin dağıdıcı olmasını demək də qeyri-mümkündür”.
Oğuz