“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib
Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.
Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.
Naxçıvan klubunun ilk qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.
Vaqif Cavadov: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
Kurban Berdıyev: “Daha müdrik oynamağa başlamışıq”
“Turan Tovuz” səfərdə qələbə qazandı - YENİLƏNİB
“Qəbələ”dən 500-cü ev qolu
Krunoslav Renduliç: “Səmimi desək, "Zirə" heç bir fürsət yaratmadı”