EN

Robert Levandovski Lionel Messinin nailiyyətini təkrarlayıb

Robert

Bakı, 21 oktyabr, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski Lionel Messinin Kataloniya klubundakı nailiyyətini təkrarlayıb.

AZƏRTAC OPTA-ya istinadən xəbər verir ki, 36 yaşlı oyunçu buna La Liqanın X turunda “Sevilya” (5:1) ilə keçirilmiş matçda nail olub.

Belə ki, polşalı forvard ölkə çempionatının ilk 10 turunda Kataloniya təmsilçisinin heyətində 12-dən artıq qol vuran ilk futbolçu olub. L. Messi 2019-2020-ci illər mövsümünün ilk 10 turunda 10 qola imza atmışdı.

Chosen
15
6
azertag.az

7Sources