EN

A Seriyası: “Verona” evdə “Montsa”ya böyük hesabla uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Verona” doğma meydanda “Montsa” ilə üz-üzə gəlib. Qonaq komanda bu oyunda darmadağınla qalib gəlib.

Beləliklə, 8 turdan sonra 19 xal toplamış “Napoli” vahid liderdir. Son çempion “İnter” 17 xallla 2-ci, 16 xalı olan “Yuventus” isə 3-cü pillədə qərarlaşıb.

“Milan”ın 14, “Fiorentina”, “Atalanta”, “Latsio” və “Udineze”Nin 13, “Torino”nun 11, “Roma” və “Empoli”nin 10, “Bolonya”, “Verona”, “Komo” və “Kalyari”nin 9, “Montsa” və “Parma”nın 7 xalı var. Son üç pillədə isə 6 xalı olan “Cenoa”, həmçinin “Leççe” (5) və “Venesiya” (4) qərarlaşıblar.

İtaliya, A Seriyası
8-ci tur
19 oktyabr

Komo – Parma 1:1
Qollar: N.Pas, 45 – Bonni, 20.

Cenoa – Bolonya 2:2
Qollar: Pinamonti, 73; 85 – Orsolini, 37. Odqaard, 56.

Milan – Udineze 1:0
Qol: Çukvueze, 13.

Yuventus – Latsio 1:0
Qol: Gila, 85-öz qapısına.

20 oktyabr

Empoli – Napoli 0:1
Qol: Kvaratsxeliya, 63-pen.

Leççe – Fiorentina 0:6
Qollar: Kataldi, 20; 45. Kolpani, 34; 54. Beltran, 61. Parisi, 72.

Venesiya – Atalanta 0:2
Qollar: Paşaliç, 7. Reteqi, 47.

Kalyari – Torino 3:2
Qollar: Viola, 38. Palomino, 74. Koko, 78-öz qapısına – Sanabriya, 41. Linetti, 55.

Roma – İnter 0:1
Qol: L.Martines, 60.

21 oktyabr

Verona – Montsa 0:3
Qollar: Mota, 9; 74. Byanko, 79.

Chosen
168
7
arena.az

8Sources