Bakı. Trend:
2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı MilliMəclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyəçıxarılıb.
Trend-in məlumatına görə, 2024-cü il üçün yaşayış minimumu ölkəüzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat,pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğindəmüəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiqedilir.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq ikincioxunuşda təsdiq edilib.