EN

Bakı Çempionlar Liqasının finalını qəbul etmək istəyir

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Publika.az xəbər verir ki, bununla bağlı AFFA UEFA-ya rəsmi müraciət ünvanlayıb. Bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madrid şəhəri də eyni ildə qitənin ən nüfuzlu klub turnirinə ev sahibliyi etmək üçün namizlədiyini irəli sürüb. Təklif müsbət cavablandırılarsa, həlledici qarşılaşma "Metropolitano" stadionunda reallaşa bilər.

Chosen
106
49
publika.az

10Sources