EN

“Bayern” Çempionlar Liqasında “Barsa”ya böyük hesabla uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya təmsilçisi “Bayern”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda Kataloniya nəhəngi darmadağına sevinib.

İngiltərə çempionu “Mançester Siti” evdə Praqa “Sparta”sı (Çexiya) ilə görüşüb. Xosep Qvardiolanın komandası bu oyunda 5 cavabsız qolla qalib gəlib.

İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leypsiq”in (Almaniya) qonağı olub. “Qırmızılar” da bu turu qələbə ilə başa vurublar.

Almaniyanın ÇL-dəki daha bir təmsilçisi – son ölkə çempionu “Bayer” də bu tur qələbəsiz qalıb. Leverkuzen təmsilçisi Fransada “Brest”lə “sülh bağlayıb”.

Qeyd edək ki, Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna noyabrın 5-də start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
23 oktyabr

“Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya) 0:0

“Brest” (Fransa) – “Bayer” (Almaniya) 1:1
Qollar: Les-Melu, 39 – Virts, 24.

“Mançester Siti” (İngiltərə) – “Sparta” (Praqa, Çexiya) 5:0
Qollar: Foden, 3. Haland, 58; 68. Stounz, 64. M.Nunyes, 88-pen.

“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:1
Qol: D.Nunyes, 27.

“Barselona” (İspaniya) – “Bayern” (Almaniya) 4:1
Qollar: Rafinya, 1; 45; 56. Levandovski, 36 – H.Keyn, 18.

“Atletik” (İspaniya) – “Lill” (Fransa) 1:3
Qollar: X.Alvares, 8 – Jeqrova, 61. David, 74-pen; 89.

“Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland) 1:3
Qollar: K.Aktürkoğlu, 66 – Ueda, 12. Milambo, 33; 90+2.

“Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Kulenoviç, 49. B.Petkoviç, 84.

“Yanq Boyz” (İsveçrə) – “İnter” (İtaliya) 0:1
Qol: M.Türam, 90+3.

Chosen
124
2
arena.az

2Sources