Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, "ASCO Arena"da "Səbail"in "Sumqayıt"ı qəbul etdiyi görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.
Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 10-a çatdırıb. "Səbail" isə 7 xala malikdir.