EN

Gürcüstanda doğum pulsuz olub

Gürcüstan Səhiyyə Nazirliyi zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğumun tam maliyyələşdirilməsinə qərar verib.

Aznews.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Ümumi Tibbi Sığorta proqramı çərçivəsində doğuş və qeysəriyyə əməliyyatları bütün vətəndaşlar üçün tam şəkildə maliyyələşdiriləcək. Maliyyələşdirməyə həkim seçimi və ağrıkəsici dərmanların qiyməti, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərclər daxildir. Müvafiq olaraq, pasiyentlər heç nə ödəməyəcək”, - məlumatda deyilir.

Vurğulanıb ki, tibbi səbəblərə görə deyil, pasiyentin istəyi ilə qeysəriyyə əməliyyatı, həmçinin VİP palatada göstərilən xidmətlər ödənişli olaraq qalacaq. Qəbul edilən dəyişikliklərə əsasən, doğuş və qeysəriyyə əməliyyatı tarifləri bir-birinə bərabər olub. Xidmətin dəyəri 1,2 min lari (təxminən 750 manat) təşkil edir və Ümumi Tibbi Sığorta proqramına daxil olan bütün tibb müəssisələrində qarşılanacaq.

Chosen
171
11
aznews.az

10Sources