EN

İndonezcə UNESCO-nun Baş Konfransının rəsmi dili kimi qəbul edilib

İndonezcə BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) Baş Konfransının rəsmi dili kimi qəbul edilib.Gununsesi.info xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.“İndonezcə UNESCO-nun Baş Konfransının 10-cu rəsmi dili kimi qəbul edilib. Eyni zamanda, İndoneziya dili işgüzar dil kimi istifadə edilə bilər, Baş Konfransın sənədləri isə İndoneziya dilinə çevrilə bilər”, – məlumatda bildirilib.“Bu tanınma bütün İndoneziya milləti üçün qürur mənbəyidir”, – ölkənin “Dertik” portalı İndoneziya Prezidenti Coko Vidododan sitat gətirib.Qeyd edək ki, indonezcədən başqa, UNESCO-nun Baş Konfransının rəsmi dilləri arasında çincə, ərəbcə, fransızca, hindcə, ingiliscə, ispanca, italyanca, portuqalca və rusca var.Gununsesi.info

Chosen
235
4
gununsesi.info

5Sources