EN

Premyer Liqa: “Qarabağ” “Şamaxı”nı 3 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyununda son çempion və lider “Qarabağ” “Şamaxı”nı qəbul edib.

Ağdam klubu bu rəqibi ilə əvvəlki 74 oyunda 37 qələbəy sevinmişdi. 24 oyun heç-heçə bitdiyi halda 13 görüşdə “Şamaxı” qalib gəlmişdi. “Qarabağ” son 5 oyunda qələbə qazanmışdı. “Şamaxı” son 19 matçda qalib gəlməmişdi.

Elə bu dəfə də ənənə davam edib. Ağdam klubu rəqibini 3 cavabsız qolla yenib.

Premyer Liqa
11-ci tur
27 oktyabr

“Qarabağ” – “Şamaxı” 3:0
Qollar: Toral Bayramov, 50-pen. Redon Cica, 66. Yassin Benzya, 84.
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

Qarabağ: 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 6. Julio Romao, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Şamaxı: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

Chosen
13
2
arena.az

7Sources