EN

İki qadın meşədə göbələkdən zəhərləndi: Heç birini xilas edə bilmədilər

“Oktyabrın 28-də saat 1 radələrində 1985 və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Bu barədə Medianews.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiya tədbirlərinin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Chosen
58
20
medianews.az

10Sources