Noyabrın 20-də metro stansiyasında bir nəfərin cibindən mobil telefonunun oğurlanması barədə Metropolitendə Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Naizrliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Almuradov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.