EN

Volkan Dəmirəl Superliqa klubunun baş məşqçisi təyin olunub

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl “Bodrumspor” klubunun baş məşqçisi təyin olunub.

42 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən İsmət Taşdəmiri əvəzləyib.

V.Dəmirəl daha əvvəl “Fatih Karagümrük” və “Hatayspor” komandalarının baş məşqçisi olub.

Chosen
142
8
xalqqazeti.az

10Sources