EN

İran Rusiyaya ballistik raketlər göndərə bilər

The Associated Press bildirir ki, Ağ Evin strateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbi bəyan edib ki, Birləşmiş Ştatlar, İranın Rusiyaya ballistik raketlər göndərilməsi məsələsinin mümkünlüyü  ilə bağlı narahatlıq keçirir."Biz, İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya ballistik raketlər göndərilməsi məsələsinə baxması ilə əlaqədar narahatlıq keçiririk. Rusiya isə bunun əvəzinə İrana müdafiə məsələləri ilə bağlı, raket, elektronika və hava hücumundan müdafiə məsələləri üzrə əməkdaşlıq etməyi öhtəsinə götürəcək"- deyə Kirbi bildirib.Kirbi, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun, sentyabrda İrana sıfəri zamanı ona ballistik raket sustemlərinin nümayiş etdirildiyini xatırladıb.The Financial Times, İranın yüksək vəzifəli mənbəsinə istinadən bildirir ki, ABŞ Qətər və Omanda ikitərəfli danışıqlar zamanı İran tərəfdən xahiş edib ki, Rusiyaya döyüş dronlarının göndərilməsini dayandırsınlar.  Rüstəm Hacıyev

Chosen
838
41
adalet.az

10Sources