EN

İndi "Windows"un bir hissəsi olan proqramları silmək mümkündür

"Microsoft" bu yaxınlarda Avropadakı "Windows" istifadəçiləri üçün yeni bir yeniləmə təqdim edib. Müvafiq olaraq, şirkət istifadəçilərə bəzi əsas tətbiqləri silmək imkanı verib. 

MediaPost xəbər verir ki, texnologiya dünyasının əhəmiyyətli adlarından biri olan "Microsoft", son zamanlar təəccüblü xəbərlərlə gündəm olub. Xəbərə görə, şirkət "Windows 11"i Avropa Birliyinin DMA (Rəqəmsal Bazarlar Aktı) ilə uyğunlaşdırmaq üçün bəzi tədbirlər görüb.

"Microsoft", "Windows 11"də müxtəlif dəyişikliklər edəcəyini və istifadəçilərə xidmət təminatçıları arasında seçim etmək və əvvəlcədən quraşdırılmış proqramların əksəriyyətini silmək imkanı verəcəyini açıqlayıb. Beləliklə, "Edge" brauzeri, "Bing" axtarış sistemi və "Cortana" səs köməkçisi kimi quraşdırılmış və əksər insanların istifadə etməyə belə üstünlük vermədiyi əsas proqramları silmək mümkün olacaq. Lakin "File Explorer" və "Windows Phone Link" kimi proqramlar buraya daxil deyil. Bütün bunlara baxmayaraq, Microsoft bu dəyişikliklərin yalnız Avropa İqtisadi Bölgəsində (EEA) mövcud olacağını bildirib.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Chosen
586
19
mediapost.az

10Sources