EN

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gününikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisindəqeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdəgüclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı,bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağıgözlənilir.

FHN-dən Trend-əverilən məlumata görə, qeyd olunanlarla bağlı Fövqəladə HallarNazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti iləəlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyəçağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınlarınsöndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğıntəhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldənqorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, butəhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı,xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməledilməlidir.

Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Chosen
39
49
az.trend.az

10Sources