Xəbər verdiyimiz kimi, Mingəçevirdə baş vermiş ağır yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Avtosfer.az “Unikal”a istinadən xəbər verir ki, yol qəzasında yaralananlardan biri keçmiş N saylı taborun komandiri və Vətən Müharibəsi iştirakçısı Əlzamin Mirzəyevdir.
Hazırda təqaüddə olan mayor Mirzəyevin qəzada çiyin çanaq sümüyü sınıb. Eyni zamanda maşında olan həyat yoldaşı Xəyalə Mirzəyeva da xəsarət alıb.