EN

Azərbaycan idmançısı avropa çempionatında üç medal qazandı

Bakı. Trend:

24 oktyabr - 4 noyabr tarixlərində Polşanın Raşin şəhərindəkeçirilən gənclər və 23 yaşadək atletlər arasında ağırlıqqaldırmaüzrə Avropa birinciliyi davam edir.

Trend-inməlumatına görə, yarışda iştirak edən Azərbaycan yığma komandasınınən ağır çəkili idmançısı Əli Şükürlü medal kolleksiyasına daha 3mükafat əlavə edib. Atletimiz birdən qaldırma hərəkətində 173 kqnəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb.

Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinəqaldıran Əli Şükürlü, bu dəfə bürünc medala sahib olub. Həmçinin,təmsilçimiz toplam çəkidə də ən güclü üçlüyə daxil olub. O, 374 kq(173+201) nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Chosen
76
2
az.trend.az

10Sources