EN

Fərid Qayıbov: "Gimnaziadada qazanılan nəticə yeniyetmə idmanımızın göstəricisidir"

"Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir".

Bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan təmsilçilərinin çıxışı ilə bağlı yazıb.

Nazir ötənilki gimnaziadada iştirak etmədiklərini xatırladıb:

"Öncəki yarışda ölkəmiz cəmi iki medal qazanmışdı. Bu dəfə isə 160 idmançı ilə 16 idman növündə iştirak edən ölkəmiz 23-ü qızıl, 26-sı gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 77 medal qazandı, ölkəmiz ümumi sıralamada 7-ci yeri tutdu. Bədii və aerobika gimnastikası, boks, güləş, taekvondo, qılıncoynatma, cüdo, paracüdo və paraüzgüçülükdə medallar qazanıldı. Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir. Şübhəsiz ki, xarici ölkələrdən olan həmyaşıdları ilə tanışlıq əlaqələri qurmaq, bu cür multi-idman yarışında beynəlxalq təcrübə qazanmaq onlar üçün böysük önəm daşıyır".

Chosen
59
2
cbcsport.az

8Sources