EN

Müdafiə nazirinin müavinləri Gürcüstanda işgüzar səfərdədir

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Başdirektor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanıgeneral-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.

Tbilisidəki Heydər Əliyev parkına gələn müdafiə nazirininmüavinləri burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklilqoyaraq xatirəsini hörmət və ehtiramla anıblar.

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanı ziyarət edilib,Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünəəklil qoyulub.

Səfər çərçivəsində Gürcüstan Respublikası müdafiə nazirininmüavini cənab Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanıgeneral-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki,hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi vəqarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Məqalədə:
Chosen
133
12
az.trend.az

10Sources