HƏMAS-la humanitar atəşkəsə razılaşması çərçivəsində ilk əsir qrupu noyabrın 23-də qəbul ediləcək.Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen İsrail ordusu radiosunun efirində bildirib.İsrail xarici işlər nazirinin sözlərinə görə, toqquşmalar dörd gün müddətinə dayandırılacaq. O qeyd edib ki, bu, “atəşkəs” deyil.Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS əsirlərin mübadiləsinə dair razılığa gəlib.Təşəbbüs çərçivəsində İsrail həbsxanalarında olan 150 fələstinli məhbus HƏMAS-ın saxladığı 50 israilli girov müqabilində azad ediləcək.Gununsesi.info