EN

"Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasının III turundan təxirə salınan oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası

I dövrə, III tur

6 noyabr

19:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, paytaxt təmsilçisi 11 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 24 xalla üçüncü pillədə qərarlaşıb.

Chosen
86
2
bakivaxti.az

7Sources