EN

“Zirə” evdə uduzdu

Premyer Liqasının III turundan təxirə salınan oyunda “Zirə” “Araz-Naxçıvan”a məğlub olub.

Msport.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb.

Chosen
84
16
msport.az

10Sources