EN

Pentaqon Kiyevə yardım üçün yeni koalisiya yaradır..?

Ukraynaya Hərbi Yardım üzrə Pentaqonun Təmas Qrupu Respublika Silahlı Qüvvələrinə (AFU) hərbi yardımın təşkili üçün yeni koalisiyaların yaradılmasını müzakirə edəcək.

SİA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“...Biz Ukraynaya silahlı qüvvələrini gücləndirməyə kömək etmək üsullarını müzakirə etməyə davam edəcəyik. Mən koalisiyalarımızın hər birinin liderlərini və iştirakçılarını müəyyən etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm”.

Bunu ABŞ Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Qeyd olunur ki, təmas qrupunun iştirakçıları həmçinin mövcud koalisiyaların işlərini, məsələn, Ukrayna Hərbi Hava Qüvvələrinin və onun informasiya texnologiyalarının inkişafı, eləcə də Almaniya və Fransanın təşəbbüsü ilə yaradılan yerüstü hava hücumundan müdafiə sistemlərinin inkişafı üçün yeni koalisiyanın hazırlanmasında irəliləyişlər əldə edilməsinə çalışılacaq.

Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, təmas qrupu münaqişə başlayandan bəri Ukraynaya 80 milyard dollardan çox vəsait ayırıb.

Nazlı

Chosen
702
50
sia.az

10Sources