EN

Ağır qəza:Yaralılar var

Beyləqan rayonunda 43 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Oxu24.com  xəbər verir ki, 1980-ci il təvəllüdlü Məmmədov Sənan Kərəm oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı xəsarət alan S.Məmmədov təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
852
15
oxu24.com

10Sources